Monika Belluççi: “Mən tənha deyiləm” - fotolar

Monika Belluççi: “Mən tənha deyiləm” - fotolar
2304 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda 50 yaşını qeyd edən dünya şöhrətli aktrisa Monika Belluççi “Vanity Fair” jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, jurnal üçün yeni fotosessiya etdirən aktrisa çəkiləcəyi “Ceyms Bond” filmindən danışıb:

“40 yaşımda körpəm dünyaya gəlib. Elə isə niyə 50 yaşımda Bond qızını oynamayım? Mən şəhvətli gözəli canlandırmalıyam. 50 yaşlı qadının 50 yaşlı qarıdan nə ilə fərqləndiyini göstərməliyəm. Onun öz cazibəsini itirmədiyini sübut etməliyəm. 50 yaşım olması faktını qəbul etmişəm. Asan olmasa da, bununla yaşamağa öyrəşmişəm və mənə belə xoşdur”.

M.Belluççi həyat yoldaşı Vinsen Kassellə ayrılıqdan sonra keçirdiyi təlatümlü həyatından da danışıb:

“Tək olsam da, tənha deyiləm. 18 il davam edən münasibətimi bitirmişəm. Mən artıq azadlıqla üz-üzəyəm. İki gözəl qızım var”.

Qeyd edək ki, Monika və Vinsen 2013-cü ilin avqustunda boşanıblar.