Britni Spirs fotoşopla 16 yaşına "döndü" - fotolar

Britni Spirs fotoşopla 16 yaşına "döndü" - fotolar
2257 dəfə oxunub
  • A-
  • A
  • A+

Heç kimə sirr deyil ki, tanınmış junalların üz qabığında fotoredaktorlar fotoşopdan istifadə edirlər.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, jurnal üçün fotosessiya edən ulduzların fotoları müxtəlif effektlərlə bəzədilir. Bu dəfə də 33 yaşlı müğənni Britni Spirs "Women's Health" üçün çəkdirdiyi fotolarda 16 yaşına "dönüb".

ABŞ jurnalının sonuncu buraxılışında Britninin bədən quruluşu konsertlərdə paparatsilərin çəkdiyi fotolardan çox fərqlidir. Bundan əvvəlki jurnallarda da müğənninin "cavanlaşdığını" qeyd edən oxucular bu dəfə effektlərin daha şişirdildiyini, bunun ədalətli olmadığını, müğənninin heç vaxt ideal çəkidə olmadığını qeyd ediblər:

"Bu bədən onun deyil, hətta üzünü o qədər dəyişiblər ki, Britnini tanımaq olmur. O, bu fotodakından 30 kilo artıqdır".

Britni Spirsin jurnalların üz qabığındakı və real həyatdakı fotolarını təqdim edirik.