320 min qiyməti olan göyərçin - fotolar

320 min qiyməti olan göyərçin - fotolar
1679 dəfə oxunub
  • A-
  • A
  • A+
Çinin paytaxtı Pekində ötən gün təşkil edilən hərracda nəsli kəsilmək üzrə olan göyərçinlər satışa çıxarılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hərracın ən diqqətçəkən quşu qiyməti 320 min dollara qədər artırılan bir göyərçin olub. Çinli iş adamı Gao Fuxin həmin göyərçini 320 min dollara satın alıb.

Təşkilatın sahibi Zhou Zhuanhong satış qiymətinin bu günə qədər təşkil edilən hərraclarda rekord olduğunu bildirib. O, ötən il 310 min dollara da bir göyərçinin satıldığını xatırladıb.