Kameron Diaz ərə getdi - fotolar

Kameron Diaz ərə getdi - fotolar
1430 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı aktrisa Kameron Diaz musiqiçi nişanlısı Benci Meddenə ərə gedib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın Beverli Hillzdəki villasında gerçəkləşən toy mərasimində cütlüyün ailələri və yaxın dostları iştirak ediblər. Qonaqlar arasında Riiz Vizerspun, Dryu Berrimor və Qvinet Peltrou kimi məşhurlar da olub.

Təxminən bir ildir ki, bərabər olan 42 yaşlı Kameron və 35 yaşlı Benci ötən ay nişanlanmışdılar.