Türkiyənin ATV kanalının “Kanal D”dən transfer etdiyi “Ankaranın Dikmeni” serialının yayımı gözlənilməz qərarla dayandırılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarda müğənni Burak Kut, aktyorlar Bülənt Əmrah Parlaq və Gözdə Kansunun çəkildiyi serial Ankaradan İstanbula ifaçı olmağa gələn və bibisi oğlunun evində qalan Dikmenin hekayəsindən bəhs edir. Bazar günləri yayımlanan serialın yerinə bundan sonra “Ən sevdiyim 3 mahnı” yarışma proqramı efirə gedəcək.
Qeyd edək ki, serialın yayımının dayandırılmasının səbəbləri açıqlanmır.