Britaniyanın “Dazed Confused” dərgisi internet səhifəsində sorğu apararaq ilin ən çox çalışan və sevilən məşhurunu müəyyənləşdirib.
Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, nəticə hər kəsi təəccübləndirib. Belə ki, sorğunun birincisi transseksual model Hai Nef olub. O, bir çox brendin moda nümayişlərində podiuma çıxıb, dərgilərin üz qabığına çəkilib və tamaşada oynayıb.
Siyahının ikincisi Kendal Cenner, üçüncüsü müğənni Tali Debrett Barnett, dördüncüsü isə növbəti transseksual Andrey Pejiça olub.