Braziliyanın məşhur gözəllik yarışması olan"Miss Bumbum"un 27 yaşlı keçmiş finalçısı Andressa Urakın ombasına qoydurduğu silikonları partlayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, estetik məqsədilə ombalarına hidrogen gel əlavə etdirən modelin bədəni infeksiyaya yoluxub və septik şoka girib. Xəstəxanaya yerləşdirilən A.Urakın ayağından plomb maddələri təmizlənsə də, vəziyyəti hələ də ciddiliyini qoruyur.