Bu gün müğənni Rəqsanə İsmayılovanın qızı, modelyer Aysun İsmayılovanın 18 yaşı tamam olur.
Axşam.az-ın məlumatına görə, sənətçi qızı ilə bağlı təəssüratlarını bölüşüb:
“Qızım həyatımdakı hər çətinliyi, əziyyəti mənimlə birgə yaşayıb. O həm rəfiqəm, həm dərdimi dediyim bacım, sonda da balaca Aysunum olub. Mənim çəkdiklərimə, bəlkə də onun balaca ürəyi tab gətirməzdi. Amma qızım mənimlə gülüb, mənimlə ağlayıb. Allahın mənə həyatda ən böyük mükafatı birinci qızım Aysun oldu, sonra da Yağmurum. Mən xoşbəxt anayam. Aysunum –günəşim, ay parçam, nəfəsim, göz bəbəyim, sən mənim ən dəyərli varlığımsan. Səni təbrik edirəm, sənə həyatda xoşbəxtlərin xoşbəxti olmağı arzulayıram. Səni dünyaya gətirdiyim üçün ən şanslı anayam”.
A.İsmayılova əməkdaşımızla söhbətində ad gününü dostları ilə birlikdə qeyd edəcəyini bildirib:
“Yalnız mənə yaxın olan insanları bir araya yığacam. Kameralardan uzaq bir gün keçirəcəm. İstəyirəm qonaqlar rahat olsunlar”.