Tanınmış yumor ustası həmcinsi ilə evlənir

Tanınmış yumor ustası həmcinsi ilə evlənir
2802 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərənin tanınmış yumor ustası 57 yaşlı Stefan Fray özündən 30 yaş kiçik həmcinsi Elliot Spencerlə evlənməyə hazırlaşır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan Stefan çox xoşbəxt olduğunu deyib və onu təbrik edən fanatlarına təşəkkürünü bildirib. Elliot Spencerin valideynləri isə oğullarının adına çox sevindiklərini deyiblər:

“Elliota görə çox şadıq. Özümüzü buludların üstündə hiss edirik.

Qeyd edək ki, S.Fray 2010-cu ildə keçmiş sevgilisi Daniel Cohendən ayrıldıqdan sonra intihar etmək istəmiş və uzun müddət stressdən müalicə olunmuşdu. Stefanla Elliotun toy tarixi hələ ki, məlum deyil.