Hollivudun gənc ulduzu Robert Pattinsonun yeni saç düzümü fanatlarının xoşuna gəlməyib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, pərəstişkarlarının daim dağınıq saçla görməyə adət etdikləri aktyor özünə fərqli imic yaratmaq istəyib. Lakin izləyiciləri onu özünə kifayət qədər diqqət göstərməməkdə günahlandırıblar.