Müğənni Elnarə Xəlilova həyat yoldaşı Rövşən Cahangirovla fotokameramıza tuş gəlib.
Axşam.az-ın məlumatına görə, sənətçinin artıq çəkili görünüşü diqqətdən qaçmayıb. Əməkdaşımızla söhbətində ifaçı buna səbəb geyiminin olduğunu deyib:
“Çəkim dəyişməyib. Ötən il necə idimsə, yenə eləyəm. Sadəcə, libasım məni kök göstərirdi. Şəkillərə baxanda özüm də hiss etdim. Formada qalmaq üçün pəhriz saxlamıram. Yeməyimi qaydasında yeyirəm. Amma idmanımı axsatmıram, məşğul oluram. Baxımlı olmaq üçün hər şey edirəm”.