Tanınmış rejissor Nəsli Çölgeçənin ssenarisi əsasında 3 il ərzində ərsəyə gələn “Çalsın sazlar” filminin qala gecəsi baş tutub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecənin qonaqları arasında ekran işində baş rolda çəkilən Bəlçim Bilgin, Caner Cindoruk, Engin Hepileri ilə yanaşı, müğənni Kənan Doğulu və xanımı Beren Saat, Sertab Ərənər, Tuba Ünsal, Gökçe Bahadır, Yeliz Şar-Tolqa Gülüç cütlüyü, Bəlçimin həyat yoldaşı Yılmaz Ərdoğan, Büllur Kalkavan, Cansu Tosun, Qonca Vuslateri də olub.
B.Bilgin açıqlamasında filmdə səsləndirdiyi mahnılardan ibarət soundtrek albom hazırlanacağını deyib.
Təqdimata aktrisadan qabaq gələn həyat yoldaşı Y.Ərdoğanın sözləri isə gecəyə damğasını vurub:
“Kino sahəsindəki gəlir bölgüsünə baxanda görürük ki, ən az pul filmin prodüserinə düşür. Kinoya olan biletin biri 10 lirəyə (təxminən 3 manat), qarğıdalı isə 8 lirəyə (təxminən 2 manat) satılır. Qarğıdalı puluna film çəkirik. Bu sektorun qabaqcılları bir araya gəlib buna bir çarə tapmalıdırlar”.