Sevgilisi Kərəm Göyüşlə kəbin kəsdirən və dinini dəyişərək müsəlman olan almaniyalı aktrisa Vilma Elles küçədə obyektivlərə tuş gəlib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa jurnalistlərin suallarını cavabsız qoyub. O, müxbirlərin "Müsəlman olmağınızda sevgilinizin təsiri varmı" sualına belə münasibət bildirib: "Bunları Kərəm yanımda olarsa, danışa bilərəm".