"Çocuklar duymasın" serialından Havuç obrazı ilə məşhurlaşan aktyor Furkan Kızılay ötən gün sevgilisi ilə alış-veriş mərkəzində obyektivlərə tuş gəlib.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, F.Kızılay kameraları görən kimi onları çəkməməyi xahiş edib:"Xahiş edirəm, çəkməyin. Balacalığımdan məni tanıyırsınız. Sevgilim utanır”.