Müğənni Əmrə Altuğla boşanma qərarı aldıqlarını mətbuata açıqlayan model Çağla Şikəl bu xəbərdən sonra ilk dəfə dünən kamera qarşısına keçib. Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, Ç.Şikəl müğənni Alişanla birlikdə aparıcılıq etdiyi "Hər şey daxil" verilişinin çəkilişindən sonra studiyadan çıxarkən görüntülənib. Əynində xalatla avtomobilinə doğru gedən Çağla jurnalistlərin boşanma haqqındakı suallarına cavab verməyib:
"İndi danışa bilmərəm. Bilirsiniz danışmaq qadağası var. Ancaq vaxtı gələndə açıqlayacam”.
Qeyd edək ki, Ç.Şikəlin nişan üzüyünü barmağından çıxarmaması diqqət çəkib.