“Öz aramızda” verilişinin qonağı olan xalq artisti Məleykə Əsədovaya canlı yayımda sürpriz ediblər.
Axşam.az-ın məlumatına görə, Almaniyada yaşayan pərəstişkarı aktrisaya brilyant qaşlarla bəzədilmiş dəst və məktub yollayıb. Hədiyyədən imtina edən M.Əsədova onu kömək üçün verilişə müraciət edən Nərgiz adlı balaca qıza bağışlayıb:
“Məktubu oxudum, məni çox sevdiyini yazıb. “İtkin gəlin” seialımın disklərini evində saxladığını deyib. Hədiyyəni görmək belə istəmirəm. Onu balaca qıza bağışlayıram. Uşaqların varlığı hər bir brilyantdan dəyərlidir”.