Los Ancelesdə 41-ci “People's Choice Awards 2015” mükafatlandırma mərasimi baş tutub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki,tədbirin xüsusi nominasiyası olan
“Sevimli humanist” mükafatı Ben Afflekə təqdim edilib.
Afflekə bu mükafat “Eastern Congo Initiative” assosiasiyasının təşkilinə görə verilib. Sözügedən təşkilat Konqo Demokratik Respublikasının kasıb təbəqəsinə hüquqi məsələlərdə dəstək verir.
“Sevimli film” nominasiyasında “Malefisenta” mükafatlandırılıb. Ekran əsəri həmçinin “Sevimli ailə filmi” kateqoriyasında da qalib olub.
Robert Dauni
“Sevimli aktyor” və
“Sevimli dramatik aktyor” nominasiyasında iki mükafata layiq görülüb.
Cennifer Lourens də iki kateqoriyada tamaşaçıların rəğbətini qazanıb: "
ən sevimli aktrisa" və "macəra aktrisası".
“Ilin ən sevimli dramatik aktrisası” isə Xloya Morets olub.
Ellen De Ceneres 15-ci dəfə eyni mükafata layiq görülərək öz keçən ilki rekordunu qırıb.
“Sevimli serial” nominasiyasında “Böyük partlayış teoriyası” serialı qalib gəlib.
Ilin
əsas musiqi mükafatlarını isə Ed Şiran, Teylor Svift və “Maroon 5” öz aralarında bölüşüb.
İggi Azaliya sevimli
hip-hop ifaçısı mükafatına layiq görülüb.
Televiziyanın
"sevimli cütlüyü" adına "Vampir gündəlikləri" serialının baş rol ifaçıları Nina Dobrev ə İan Somhelder layiq görülüb.
Farel Vilyams, Kerri Andervud, "Lady Antebellum" də mükafat alanlar sırasında olub.
"Ən sevimli mahnı" nominasiyasını Teylor Sviftin "Shake İt Off" qazanıb. Ed Şiranın "X" albomu isə "
ən sevimli albom" olub.
Gecənin “ev sahibələri” Anna Faris və Ellison Cenni olub. 91 yaşlı aktrisa Betti Uayt
“Televiziyanın sevimli ikonu” nominasiyasında nüfuzlu mükafata layiq görülüb.
Mükafatları Patrisiya Arkett, Keyli Kuoko, Oliviya Mann, Cennifer Qudvin, Ket Denninqs, Bet Bers, Edrien Qrenye təqdim edib.