Professor Nərgiz Paşayevanın qızı Aida Mahmudovanın ad günüdür.
Axşam.az-ın məlumatına görə, A.Mahmudova 1982-ci ildə anadan olub.
Aida Mahmudova 2011-ci ildə “YARAT” qeyri-kommersiya təşkilatını yaradıb. Təşkilat müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir. Habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur.