Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Sarayında gerçəkləşən hesabat konsertində ifaçı səhnəyə çıxan kimi bir-birinin ardınca mahnılar səsləndirib.
Daha sonra tamaşaçıları salamlayan M.Yusif onu tək qoymayanlara təşəkkür edib. Konsert səhnə dekorasiyası ilə də diqqət çəkib.
Müğənnini dinləməyə gələnlər arasında köhnə "Dəyirman" qrupunun üzvləri Elmir və ABD Malik də olub.