Nyu-Yorkda keçirilən gənc boksçuların turnirində çoxlu ulduzlar iştirak edib.
Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, müğənni Rihanna və aktyor Ceyk Qillenhol da "Throne Boxing at the Theater"e tamaşa edənlər arasında olub.
26 yaşlı müğənni oyunlara çox maraqla baxıb, fasilə vaxtı isə mahnı oxuyub, fotokameralar qarşısına çıxıb.
Onlarla yanaşı reper Cey Zi də məkanda olub. O, "Roc Nation Sports" şirkətinin yaradıcılarından biri kimi, həm də keçirilən tədbirin təşkilatçılarından sayılır.