Baş nazir yıxıldı - fotolar

Baş nazir yıxıldı - fotolar
2877 dəfə oxunub
  • A-
  • A
  • A+
Fransada 17 nəfərin ölümü ilə nəticələnmiş silahlı basqınlara etiraz məqsədilə Parisdə təşkil olunmuş Cümhuriyyət Yürüşünə qatılan Danimarkanın baş naziri Torning- Şmidt xoşagəlməz hadisə ilə üzləşib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, yürüşdən qabaq Yelisey sarayına yollanan xanım nazir tədbirdən çıxarkən nərdivandan yıxılıb. Torning-Şmidt yaxınlıqdakıların köməyi ilə ayağa qaldırılıb.

Qeyd edək ki, bu, Danimarka baş nazirinin Yelisey sarayında başına gələn ilk hadisə deyil. Belə ki, daha əvvəl də onun Fransaya səfəri zamanı sarayın önündə ayağından ayaqqabısı düşmüşdü.

Bundan əlavə, Şmidt 2013-cü ildə Afrikanın əfsanəvi lideri Nelson Mandelanın dəfn mərasimində ABŞ prezidenti Barak Obama və İngiltərənin baş naziri Devid Kameronla çəkdirdiyi selfilərlə yadda qalmışdı. Hətta bu səbəbdən Amerikanın birinci xanımı Mişel Obamanın prezidentlə mübahisəsinin düşdüyü iddia edilmişdi.