Amerikalı top model Haydi Klum 30 yaşını qeyd edən “İNC” brendinin yubileyi üçün fotokameralar önünə keçib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, adıçəkilən marka ilə hələ 15 il əvvəl əməkdaşlıq edən Haydinin tərəf müqabili həmkarı Qabriel Orbi olub.
Haydi Klum açıqlamasında “İNC” brendindən olan geyimlərin insanı hər zaman seksual göstərdiyini deyib.