"Qızıl Qlobus"un builki qalibləri bəlli oldu - siyahı

"Qızıl Qlobus"un builki qalibləri bəlli oldu - siyahı
1301 dəfə oxunub
  • A-
  • A
  • A+
Beverli-Hillzdə baş tutan “Qızıl Qlobus -2015” mükafatlandırma mərasiminin qalibləri bəlli olub.

Axşam.az Rusiya mediasına istinadən, Hollivudun Xarici Mətbuat Asossiasiyası tərəfindən seçilən qaliblərin siyahısını təqdim edir:

“Ən yaxşı film” (dram) – “Yeniyetməlik dövrü” (“Boyhood”)

“Ən yaxşı film” (komediya) – “Qrand Budapeşt oteli” (“The Grand Budapest Hotel”)

“Ən yaxşı rejissor” – Riçard Linkleyter, “Yeniyetməlik dövrü” (“Boyhood”)

“Ən yaxşı kişi rolu “(dram) – Eddi Redmeyn, “Bəşəri Stiven Hokinq” (“The theory of everthing”)

“Ən yaxşı qadın rolu” (dram) – Culiann Mur, “Hələ ki, Elis” (“Still Elice”)

“Ən yaxşı kişi aktyor” (komediya”) - Maykl Kiton, “Berdmen” (“Birdman”)

“Ən yaxşı qadın aktrisa” (komediya) – Emi Adams, “İri gözlər” (“Big eyes”)

“İkinci planda ən yaxşı aktyor” – Ci K.Simmons, “Düşkünlük” ( “Whiplash”)

“İkinci planda ən yaxşı aktrisa” – Patrisia Arkett, “Yeniyetməlik dövrü” (“Boyhood”)

“Ən yaxşı ssenari” – Aleksandr Qonsales İnyarittu, Nikolas Ciakobone, Aleksandr Dinelaris, Armando Bo, “Berdmen” (“Birdman”)

“Ən yaxşı film musiqisi” – İohan İohannson, “Bəşəri Stiven Hokinq “(“The theory of everything”)

“Ən yaxşı mahnı” – “Glory”, Con Lecend “Xarici dildə ən yaxşı film” – “Leviafan” (“Leviafan”)

“Ən yaxşı animasiya filmi” – “Əjdaha 2-ni necə əhlilləşdirək?” (“How to train Dragon 2”)

“Ən yaxşı teleserial” (dram) – “Sevgililər” (“Two Lovers”)

“Ən yaxşı teleserial” (komediya) – “Aşkar” (“Transparent”)

“Ən yaxşı serial aktyoru” (dram) – Kevin Speysi, “Oyunaq ev” (“House of cards”)

“Ən yaxşı serial aktrisası” (dram) – Rut Uilson, “Sevgililər” (“Two Lovers”)

“Ən yaxşı serial aktyoru” (komediya) - Ceffri Tembor, “Aşkar” (“Transparent”)

“Ən yaxşı serial aktrisası” (komediya) - Cina Rodriqez, “Bakirə qız” ( “Jane the virgin”)

“Ən yaxşı televiziya mini-serial və ya filmi” - “Farqo” (“Fargo”)

“Ən yaxşı televiziya mini-serial və ya filminin aktyoru” – “Billi Bob Torton, “Farqo” (“Fargo”)

“Ən yaxşı televiziya mini-serial və ya filminin aktrisası” – Meqqi Qillenhol, “Zadəgan qadın” (“The honourable woman”)

“Ən yaxşı televiziya mini-serial və ya filminin ikinci plan aktyoru” – Mett Bomer, “Adi ürək” ( “The normal heart”)

“Ən yaxşı televiziya mini-serial və ya filminin ikinci plan aktrisası” – Coann Froqqatt, “Daunton abbatlığı” (“Downton Abbey”)