Türkiyəli aktyor Kadir İnanır 1972-ci ildə rol aldığı “Əzab yolu” filminin çəkilişləri aparılan tarixi Hasankeyif bölgəsinə yollanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 45 il sonra həmin yerə vətəndaş nikahında olduğu həyat yoldaşı Jülidə Kuralla bərabər gedib.
Cütlük birlikdə çay içdikdən sonra kameralara romantik pozlar verib.