5 ay əvvəl 7 yaşlı oğlu Kayra ilə birlikdə Türkiyəni tərk edən aktrisa Leyla Bilginəl maraqlı açıqlamalar verib.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, hazırda Taylandda Puket adasında meşənin ortasında bir evdə yaşayan aktrisa vətənini tərk etməsinin səbəbindən danışıb:
“Sperma bankından hamilə qalmışdım. Uşağım bədbin və hirsli bir cəmiyyətdə böyüməsin deyə, Puketə getdim. Burada 5 il yaşayacağıq. Sonra külək hansı tərəfə əssə, ora yol tutacağıq”.
L.Bilginəl haqqında yayılan “Varlı sevgilisi var, bütün ehtiyaclarını təmin edir” xəbərlərinə də aydınlıq gətirib:
“Türkiyədə 4 evim var. Birini oğlumun təhsili üçün ayırmışam. Digərini satıb buradan ev alacam. Qalan ikisinin isə kirayə gəliri ilə rahat yaşaya bilərəm. Ən pis halda, adada masaj edər, xərclərimi çıxararam. Gəlir yerim bunlardır”.
Kayraya atasının olmadığını deyən aktrisa ona bu izahatı verdiyini açıqlayıb:
“Oğlum atası olmadığını bilmir. “Atam haradadır”, - deyə soruşsa, “Yandı, bitdi, kül oldu” deyəcəm”.