Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi
3412 dəfə oxunub
  • A-
  • A
  • A+
“Şirin həyat”ın (“La Dolce Vita”) unudulmaz ulduzu Anita Ekberq 83 yaşında dünyasını dəyişib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur italyan rejissoru Federiko Fellininin adıçəkilən filmində Trevi bulağındakı səhnəsi ilə yadda qalan isveçli aktrisa Romada vəfat edib. Anita uzun müddətdir ki, Roma yaxınlığındakı Genzano qəsəbəsində yaşayır və səhhəti ilə bağlı müalicə olunurdu.

Bir vaxtlar bütün dünyanın diqqətini üzərinə çəkən A.Ekberq son zamanlar maddi problemlər yaşamış və “Fellini Fondu”ndan yardım da istəmişdi.

Qeyd edək ki, Fellininin ilham mənbəyi adlandırılan Anita 1931-ci ildə İsveçin Malmö şəhərində dünyaya gəlib. O, 19 yaşında “İsveç gözəli” seçildikdən sonra kino karyerasına başlayıb.