Aygünün "O səs Türkiyə"dəki ikinci rəqibi bəlli oldu

Aygünün "O səs Türkiyə"dəki ikinci rəqibi bəlli oldu
1920 dəfə oxunub
  • A-
  • A
  • A+
“O səs Türkiyə” müsabiqəsinə qatılan həmyerlimiz, müğənni Aygün İsmayılovanın üçüncü dueldəki tərəf müqabili bəlli olub.

Axşam.az-ın məlumatına görə, Mazhar Alanson və Özkanın qrupunda olan ifaçı duelə Büşra Karahanla çıxacaq. 

Sənətçi ikinci dueldə Ezgi Delal adlı iştirakçıyla Uitni Hyustonun repertuarından "How will I know" mahnısını səsləndirib və qalib olmuşdu.

A.İsmayılova əməkdaşımızla söhbətində üçüncü turda onun üçün çox ağır mahnı seçildiyini bildirmişdi.

Qeyd edək ki, A.İsmayılova Türkiyə vətəndaşı Haluk Miyakla ailə qurub və qardaş ölkədə yaşayır. Cütlüyün bir qızı var.