Türkiyəli məşhurlar bir araya yığışdı - fotolar

Türkiyəli məşhurlar bir araya yığışdı - fotolar
2513 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Funda Arar “Xoş gəldin” adlı yeni albomuna təqdimat keçirib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, qonaqların qırmızı xalıda qarşılandığı gecədə aktyor Tarık Ünlüoğlu, musiqiçi Behzat Gerçəkər, müğənnilər Edip Akbayram, Linet, Kubat, Ayşə Özyılmazəl, Zara, Gökhan Təpə, Burcu Günəş, Ziynət Sali, Sonər Sarıkabadayı kimi bir çox məşhur sima iştirak edib.

Qeyd edək ki, həyat yoldaşı və aranjimançısı Febyo Taşel, prodüseri Samsun Dəmirlə birlikdə tort kəsən Funda duyğularını belə ifadə edib:

“Çox həyəcanlıyam. Qoy bu albom oğlum Arasın adına olsun. Həm uşağım, həm də albomum xoş gəldi. Bir körpə daha doğuldu”.

F.Taşel isə jurnalistlərin “İş zamanı xanımınız kapriz etdi” sualına belə cavab verib: “İşdə güzəşt olmur. Amma evdə həyat yoldaşım kaprizlidir”.