Məşhur aktrisa yeni seriala çəkilir

Məşhur aktrisa yeni seriala çəkilir
1989 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Eva Lonqoriya payızda yeni mini-serialla ekrana qayıdacaq.

Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Sabun operası" ("Telenovela") adlanan komediyanın mövzusu bir serialın çəkiliş meydançasında baş verənlərlə bağlı olacaq.

Cəmi 13 seriya olacaq ekran işində aktrisa Anna-Mariya adlı obrazını canlandırmaqla yanaşı, həm də layihənin prodüseri olacaq.

Qeyd edək ki, Lonqoriya "Desperate Housewives" ("Ümidsiz ev qadınları") və "Brooklyn Nine-Nine" ("Bruklin 9-9") serialları ilə məşhurlaşıb. Həmçinin bir neçə ay əvvəl premyerası baş tutan "Con Uik" boevik filminin prodüseri olub.