Beren Saatın xəyalları puç oldu

Beren Saatın xəyalları puç oldu
6416 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Beren Saat baş rolda çəkiləcəyi “9On” filminin tizerini İnstaqram səhifəsindən silib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “İntiqam” serialından sonra uzun müddət çəkilişlərdən uzaq qalan aktrisanın məhz bu filmlə ekranlara qayıdacağı gözlənilirdi. 

Onun martın 8-də nümayişi nəzərdə tutulan ekran işinin tizerini silməsi isə filmin olmayacağı dedi-qodularını yaradıb.

Sosial şəbəkə izləyiciləri rejissor Kamal Yılmaza “Film niyə yoxdur” sualını ünvanlayıblar.