Axşam.az-ın məlumatına görə, Sahil metrostansiyasının yaxınlığında yerləşən mənzilin fotoları ev alqı-satqısı saytında yerləşdirilib. Evin yeddi otaqdan ibarət olduğu, İtaliyanın məşhur brendinin mebelləri ilə təchiz edildiyi vurğulanıb.
Qeyd edək ki, evin ümumi sahəsi 570 kvadratmetrdir. Yerləşdiyi mərtəbədə başqa mənzil yoxdur.