Tatarıstanda keçirilən “Türkvision” yarışması zamanı əməkdar artist Elza Seyidcahanın taxdığı papaq hər kəsin diqqətini çəkmişdi.
Axşam.az-ın məlumatına görə, türkiyəli ifaçı Demet Akalın bir neçə gün əvvəl Uludağda dincələrkən həmin papağın eynisindən qoyub.
Bu barədə danışan E.Seyidcahan hər zaman yeniliyə imza atdığını deyib:
“Bir çox şey olub ki, onu ilk mən etmişəm. Daha sonra dünya ulduzlarında görmüşük. Bu papağı Tatarıstanda olarkən hədiyyə vermişdilər. Burada verilişlərə gedəndə bir neçə dəfə taxmışdım, hamı bəyənirdi. Demetdə görəndə bir daha əmin oldum ki, mən həmişə fərqlənirəm”.