Bir ay əvvəl futbolçu Kriştiano Ronaldodan ayrılan rus model İrina Şeyk ayaqqabı markasının yaz-yaz kampaniyasının reklamında çəkilib.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, model açıq-saçıq və seksual fotolarıyla XTİ markasını təqdim edib.
Brendin kişilər üçün olan ayaqqabılarını isə britaniyalı maneken Stiven Ceyms reklam edib.