Tanınmış ingilis model Loren Qudger köklüyü ilə hamını təəccübləndirib.
Axşam.az xarici mətbuata istinadən bildirir ki, 29 yaşlı model çimərlik geyimində paparassilərin kameralarına tuş gəlib. “Townie” realiti-şousundan tanınan Qudgerin tutduğu yanlış pəhriz nəticəsində ölçüsü 36-dan 42-yə qalxıb.
“Closer” jurnalına verdiyi müsahibəsində “Çəkimdən asılı olmayaraq, özümü çox seksual hiss edirəm” deyən modelin fotolarda da olduqca şən və enerjili olduğu gözə çarpıb.
Qeyd edək ki, Loren Qudger əsasən “The Only Way is Essex”, “Dancing on Ice”, “Celebrity Big Brother” realiti-şoularda iştirakı ilə məşhurlaşıb.