Aktrisa Skarlett Yohanssonun ana olduqdan 4 ay sonra bədən quruluşu dəyişib.
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, aktrisa ötən həftə sonu “Hollywood Palladium”da təşkil olunan “G'Day USA” mükafatlarının təqdimatına qatılıb.
Qırmızı xalıda “Qisasçılar” filmindəki tərəf müqabili Kris Hemsvortla birlikdə kameralara poz verən S.Yohanssonun xeyli arıqladığı diqqətdən yayınmayıb.
Qeyd edək ki, Skarlett oktyabrda ana olub. O, körpəsi dünyaya gəldikdən bir ay sonra jurnalist Romen Doriaka ərə gedib.