"Bu günə kimi hədiyyə görməmişəm"

"Bu günə kimi hədiyyə görməmişəm"
4979 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün xanəndə Elnarə Abdullayeva media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, fevralın 20-də baş tutacaq “Zəfər çalacağıq” adlı konsertindən danışan muğam ifaçısı jurnalistlərin suallarını cavablandırıb.

İfaçının prodüseri Asif Kərimli konsertlə bağlı məlumat verib:

“Elnarənin ilk konsertidir. Əgər bu konsertdə ona kömək etməsəydim, özü çox pul xərcləyəcəkdi. Belə yerdə Elnarə həmişə deyir, bir maşının pulunu xərclədim. Konsertə dəvətnamə ancaq media nümayəndələrinə və Elnarənin yaxınlarına veriləcək. Qalan biletlər satışdadır. Qiymət 20-80 manat arasındadır. Heç kimdən maddi dəstək almamışıq. Konsertdə klassik və xalq mahnıları olacaq. Səhnə iki hissəyə ayrılacaq. Əlavə heç bir dekorasiya olmayacaq. Çünki fikrin musiqidən yayınmasını istəmirik. Montajda isə özüm oturacam. Alətləri məndən yaxşı bilən yoxdur. Müğənninin işi oxumaqdır”.

E.Abdullayeva sponsorunun olmadığını deyib:

“Bu günə kimi bir insandan ətir belə hədiyyə görməmişəm. O da qala konsertə pul versinlər. Heç kimdən heç nə gözləmirəm. Konsertdən xeyir də güdmürəm. Qismət olar bundan sonra pulsuz da konsert verərəm. Mənə qalsa, gecəni bir geyimlə yola verərdim. Amma deyirlər olmaz, iki geyim hazırlamışıq”.

Son vaxtlar adı qalmaqallarda tez-tez hallanan xanəndə “Mən dəli deyiləm ki, öz-özümə danışım. Suallar verilir, mən də səmimi cavablandırıram. Kiminsə xoşuna gəlmirsə, öz işidir. Mən həmişə belə olmuşam”, - deyə bildirib.

Foto: Ramin ASLANOV