İnstaqramın hər zaman aktual olan trendlərindən biri imkanlı şəxslərin fotolarının paylaşılmasıdır.
Axşam.az xəbər verir ki, #rkoi (yəni “Rich kids of instagram” – “İnstaqramın varlı uşaqları”) haştaqı ilə paylaşılan bu aksiyaya Türkiyə də qoşulub. “Türkiyənin varlı uşaqları” adlanan hesabda zəngin həyat sürən türklərin fotoları yerləşdirilib.
Şəxsi yaxtası ilə səyahətə çıxan, öz təyyarəsində uçan, villasının hovuzunda üzən, dünyanın ən bahalı maşınlarını sürən, bahalı məkanlarda əylənən bu insanların şəkilləri böyük maraq doğurub.