Türkiyəli müğənni Gülşən “ALL” jurnalına fotosessiya etdirərək, müsahibə verib.
Axşam.az-ın məlumatına görə, yeni albomunu çıxarmağa hazırlaşan ifaçı mahnılarını ilk olaraq sevgilisi Ozan Çolakoğluna və bacısına qulaq asdırdığını deyib: “Əgər bacım bəstəni dinlədikdən sonra yüngülcə ağzını büzsə, heç vaxt onu oxumaram. Bu günə qədər mahnılarımın seçimində yanılmayıb”.
Gülşən sevgilisi ilə münasibətindən də bəhs edib:
“Ozanla işbirliyi ikimizi daha da təkmilləşdirir. Onun zəkası, daxili aləmi, görünüşü və istedadı məni rahatladır”.
Müğənni “Ana olmağı düşünürsünüz” sualına isə belə cavab verib:
“Hələ ağlımın ucundan da keçmir. Qismət nə vaxtdırsa, o zaman olar. Bu böyük məsuliyyəti yerinə yetirməyə özümü hazır hiss eləyəndə uşaq dünyaya gətirəcəm”.