Aviaşirkətlər təkcə təyyarə və uçuş sayına görə bir-birlərindən fərqlənmirlər. Onlar təqdim etdikləri xidmətlərə görə də müqayisə oluna bilərlər.
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, ərəb aviaşirkətləri özünün cah-calalına görə digərlərindən kəskin fərqlənir. Varlı ərəblərin uçduğu bu təyyarələr bir növ oteli xatırladır. İnsanın bu hava nəqliyyatı haqda təsəvvürünü darmadağın edir.
Yataq, qonaq otaqları, yemək zalı, lüks hamam, mətbəx, bar, oyun oynamaq üçün televizorlar, daha nələr, nələr...
Bu təyyarələrdə verilən yeməklər də fərqlənir. Çünki onları ən yaxşı aşpazlar hazırlayırlar.