Fələstin əsilli gözəl Cici Hadidin yeni fotoları yayılıb.
Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, Avstraliyanın məşhur brendi "Seafolly"nun çimərlik geyimlərinin reklamında iştirak edib.
Çəkilişlər Meksikada baş tutub. Brendin baş direktoru Entoni Heyles gənc modellə işlədikləri üçün şad olduqlarını qeyd edib.
Qeyd edək ki, son zamanlar ulduzu parlamağa başlayan seksual Hadid "Guess" markasının da fotosessiyasında çimərlik paltarında iştirak etmişdi.