Xalq artisti Polad Bülbüloğlunun oğlu atasının 70 illik yubiley mərasimində hər kəsi təəccübləndirib. Axşam.az-ın məlumatına görə, bu haqda “Salam, Azərbaycan” verilişində məlumat verilib.
12 yaşlı Murtuza Bülbül səhnəyə çıxaraq, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə dirijorluq edib.
Övladının bu hərəkətindən təsirlənən P.Bülbüloğlu onun yaşda olarkən atasına eyni sürprizi etdiyini söyləyib.