Aktrisa Sinem Kobal eşq yaşadığı deyilən aktyor Kənan İmirzalıoğlu ilə eyni avtomobildə görüntülənib. Axşam.az-ın “Habertürk”ə istinadən məlumatına görə, cütlüyün hələ Bərgüzar Korelin Yeni il partisində bir-birləri ilə münasibət qurduğu iddia edilirdi. Kənanla Sinemin olduğu avtomobil dünən gecəyarısı yol polisi tərəfindən saxlanılıb. Aktrisa baş verənlər haqda belə açıqlama verib:
“Olqun Şimşəyin (aktyor –red.) xanımı erkən doğuş səbəbindən xəstəxanaya aparılıb. Xəbəri eşidib mən də yanına getdim. Kənan da orada idi. Maşını olmadığı üçün evlərinə mən apardım”.