Türkiyəli şoumen Məhmət Əli Ərbil keçmiş həyat yoldaşı Tuba Çoşqun və oğlu Əli Sədi ilə birlikdə Los-Ancelesə tətilə yollanıb.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, Türk Hava Yollarına məxsus təyyarədə uçuş heyəti və sərnişinlərlə şəkillər çəkdirən şoumen biznes-klasda T.Coşqunla yanaşı oturub.
Bundan başqa, onların yanında M.Ə.Ərbilin baldızı Şeyda və həyat yoldaşı Uğursay Yeyin də olub.