Əməkdar mədəniyyət işçisi Aşıq Samirə ilə "Qala" qrupunun solisti Ceyhun Əliyev "Xoşbəxt oluram" adlı duet oxuyublar.
Axşam.az-ın məlumatına görə, duet yaxın günlərdə kliplə birlikdə təqdim ediləcək. Ekran işinin rejissoru Delee olacaq.
Samirə yeni işi ilə bağlı təəssüratlarını bölüşüb:
"Mahnı o qədər pozitiv notlarla yazılıb ki, bunu hansısa sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Sözlər və musiqi bir-birini çox tamamlayır. Bu real hitə namizəddir. Bütün sevib-sevənlər "Xoşbəxt oluram"da öz pak hisslərini tapacaqlar. Ceyhun və Anara bu gözəl mahnı üçün təşəkkür edirəm. Yaradıcı heyət bütünlüklə gənclərdən ibarətdir”.
Ceyhun "Bu duetin ilk notlarını yazanda özlüyümdə qərar verdim ki, yalnız Aşıq Samirə ilə mahnını ifa edə bilərik. Demək ki, fikrimdə yanılmadım”, - deyə bildirib.
Qeyd edək ki, Samirə və Ceyhunun mini-film adlandırdıqları ekran işi fevralın sonunda təqdim ediləcək.