Aktrisa serialdakı həmkarından hamilədir - fotolar

Aktrisa serialdakı həmkarından hamilədir - fotolar
2731 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Lena Hidi "Taxt oyunları" ("Game of Thrones") serialındakı həmkarı Pedro Paskaldan hamilədir.

Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Sersi Lannister rolunu oynayan aktrisa serialda Oberin Marteli canlandıran aktyorla 2013-cü ildə çəkilişlərdə tanış olduqdan sonra aralarında sevgi romanı başlayıb.

Paskal Lenanın ağıllı və şən olduğunu düşünür:

"Mən ona heyranam. Çünki Lena həm də yaxşı dost və anadır".

Qeyd edək ki, 41 yaşlı aktrisanın əvvəlki sevgilisi Piter Louqrendən bir uşağı var. Lena vegetariandır və boş vaxtlarında yoqa ilə məşğul olur.