Özcan Dənizin filmi təqdim olundu - fotolar

Özcan Dənizin filmi təqdim olundu - fotolar
3562 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli sənətçi Özcan Dənizin rejissorluğu ilə çəkilən “Sevimli təhlükəli” filminin İstanbulda qala gecəsi baş tutub.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, əsas rollarda Ayça Ayşin Turanla Şükrü Özyıldızın oynadığı ekran işinin təqdimat mərasiminə çəkiliş heyəti ilə yanaşı, tanınmışlar da qatılıb.

Qonaqlar arasında geyimi ilə diqqət çəkən almaniyalı aktrisa Məryəm Üzərli, yıxılmaq təhlükəsi ilə üzləşən Nurgül Yeşilçay, Gizem Karaca, Tuba Melis Türk, aktyor Ərkan Petekkaya, Kərəm Bursin, futbolçu Caner Erkin və xanımı Asena, modelyer Kənan Ərçətingöz yer alıblar.

Qeyd edək ki, “Sevimli təhlükəli” filminin fevralın 23-də Bakıda, Nizami Kino Mərkəzində də qala gecəsi keçiriləcək. Gecədə Özcan Dəniz və ekran işinin aktyor heyəti iştirak edəcək.