Fotoqraf İvette İvens çəkilişlər üçün studiyanı deyil, açıq havanı seçir. O, öz modellərini istənilən hava şəraitində təbiət qoynuna çıxarmağı sevir.
Axşam.az-ın məlumatına görə, İvette bu dəfə hamilə qadınları obyektiv qarşısına keçirib. O, soyunmuş hamilə modellərin qarın üzərində müxtəlif fotolarını çəkib.
“Bu çəkiliş cəmi 5 dəqiqə davam edir. Onlar sadəcə bir-iki poz verirlər. Mən modellərimi ona görə açıq havaya çıxarıram ki, orada özümü xoşbəxt hiss edirəm. Mən təmiz havanı xoşlayıram. Yarpaqların arasından sızan günəşi sevirəm”, - deyə İ.İvens bildirib.