65-ci Beynəlxalq Berlin Film Festivalı ispan rejissoru İzabel Koyşetin "Nobody Wants the Night” filmi ilə başlayıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, açılışa tanınmış türk aktrisası Sibel Kekilli də qatılıb. Həmçinin açılış filminin dəvətliləri arasında Almaniyanın dövlət xadimləri, tanınmış mankenlər də yer alıb.
Festivalın münsiflər heyətinə cənubi koreyalı rejissor Bong Jun-ho, amerikalı prodüser Marta De Larentiis, amerikalı rejissor, ssenarist Metyu Vayner, fransız aktrisa Odri Tatu daxildir.
Qeyd edək ki, festivalda 72 ölkədən 441 film iştirak edir. Fevralın 14-də mükafatlar təqdim olunacaq.
Festivala 3 türk filmi də qatılıb: Emine Emel Balcının "Nefesim Kesilene Kadar", Faruk Hacıhafızoğlunun "Kar Korsanları", Derya Durmazın "Gri Bölge" filmləri.