Türkiyəli aktyor Burak Özçivitlə aktrisa sevgilisi Fəxriyyə Evcən yeni seriala başlayırlar.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, avtomobildə görüntülənən cütlük jurnalistlərin suallarını cavablandırıb. B.Özçivit “Qala gecələrindən yorulduq. Film mövsümü bitdi. İndi təzə seriala başlayırıq”, - deyə açıqlama verib.
F.Evcənin hər seriya üçün 35 min lirə (təxminən 11 min manat) alacağı deyilir. Ekran işinin adı və mövzusu hələ ki, açıqlanmır.
Qeyd edək ki, Burak Özçivitlə Fəxriyyə Evcən “Çalıquşu” serialının çəkilişləri zamanı tanış olublar. Onlar “Eşq sənə bənzər” filmində də birgə rol alıblar.