Ötən il özündən 30 yaş kiçik model-aktrisa Badə Noqayla qısamüddətli eşq yaşayan türkiyəli şoumen Məhmət Əli Ərbil keçmiş sevgilisi ilə barışıb.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, cütlük hətta gizlicə nişanlanıb. İndiyədək 4 dəfə evlənən M.Ə.Ərbil bu yaxınlarda təqdimetmə gecələrinin birində B.Noqayla aparıcılıq etdikdən sonra onunla yenidən münasibətə başlayıb.
Deyilənə görə, Məhmət Əli Badəyə beşqaşlı brilyant üzük alıb.